ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Məhkəmə-Hüquq Şurasının nümayəndə heyəti Qazaxıstan Respublikasında səfərdə olub

21.02.2025

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi üzrə ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində cari ilin 16-21 fevral tarixlərində Məhkəmə-Hüquq Şurasının üzvü, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyevin rəhbərlik etdiyi, Hakimlərin Qiymətləndirilməsi Komitəsinin sədri, Ali Məhkəmənin hakimi Əhliman Xıdırovdan, Komitə üzvlərindən və Məhkəmə-Hüquq Şurasının Aparatının nümayəndəsindən ibarət heyət Qazaxıstan Respublikasında rəsmi səfərdə olub. 

Səfərin məqsədi Qazaxıstan Respublikasında hakimlərin qiymətləndirilməsi sahəsində həyata keçirilən fəaliyyət, məhkəmələrin rəqəmsallaşdırılması, habelə qardaş ölkənin məhkəmə-hüquq sistemində aparılan digər islahatlarla yaxından tanışlıq olub. 

İlk olaraq Qazaxıstan Respublikası Ali Məhkəməsində keçirilən görüşdə nümayəndə heyətini salamlayan Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədri Aslambek Merqaliyev ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsi və vətəndaşların pozulmuş hüquqlarının qorunmasına yönəlmiş yeni məhkəmə islahatları barədə məlumat verib. Bu islahatlar arasında apellyasiya instansiyasının rolunun gücləndirilməsi, ailə məhkəmələrinin yaradılması, eksterritorial aidiyyətin tətbiqi, yeni kassasiya instansiyası məhkəmələrinin yaradılması, habelə azərbaycanlı həmkarların mühüm dəstəyi ilə inzibati işlər üzrə ədalət mühakiməsinin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər xüsusi qeyd olunub. 

Bundan əlavə, məhkəmələrin yeni maliyyələşdirmə modelinin tətbiqi ilə hakimlərin müstəqilliyinin gücləndirilməsi, hakimlərin peşəkar qiymətləndirilməsi metodikasının təkmilləşdirilməsi və məhkəmə proseslərinin rəqəmsallaşdırılması kimi məsələlər də vurğulanıb.

Öz növbəsində Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizdə aparılan son məhkəmə-hüquq islahatları, o cümlədən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, hakimlərin seçim prosesi ilə bağlı, habelə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin artırılması ilə əlaqədar qanunvericiliyə edilmiş dəyişikliklər barədə məlumat verilib.

Daha sonra nümayəndə heyəti hakimlərin fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən Ədalət mühakiməsinin keyfiyyəti üzrə Komissiyanın üzvləri ilə geniş müzakirələr keçirmiş, işin təşkili və qiymətləndirmə qaydalarının tətbiqi ilə bağlı faydalı fikir mübadiləsi aparılmışdır.

Azərbaycan nümayəndə heyətinin məhkəmə sisteminin özünüidarəetmə funksiyasını həyata keçirən Ali Məhkəmə Şurasının sədri Dmitri Mixaylovla baş tutmuş görüşü çərçivəsində isə hakimlərin seçimi, vəzifədə irəli çəkilməsi proseduru, intizam icraatı və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır. 

Səfər çərçivəsində nümayəndə heyəti həmçinin məhkəmə fəaliyyətinin təhlili və monitorinqi ilə məşğul olan Ali Məhkəmənin Situasiya Mərkəzi, paytaxt məhkəmələri, Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəməsi və Beynəlxalq Arbitraj Mərkəzinin işi ilə tanış olub.