ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının 46-cı plenar iclası keçirilib

22.06.2026

2026-cı ilin 18-19 iyun tarixlərində Xorvatiya Respublikasının Şibenik şəhərində Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 46-cı plenar iclası keçirilib.

Tədbirdə CEPEJ-in üzvü və milli koordinatoru qismində Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası Aparatının nümayəndələri iştirak ediblər. İclas CEPEJ-ə üzv və müşahidəçi dövlətlərin nümayəndələrinin, hökumət rəsmilərinin və tanınmış ekspertlərin iştirakı ilə baş tutub. Tədbirin gündəliyinə uyğun olaraq, Aparatın nümayəndələri tərəfindən 2025-ci ilin dekabr ayından etibarən məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar, institusional fəaliyyət barədə məlumat verilib.

Əlavə olaraq, iclasda “Məhkəmə sistemlərinin qiymətləndirilməsi”, “Ədalət mühakiməsinin keyfiyyəti”, “Kiberməhkəmə və süni intellekt” işçi qrupları tərəfindən CEPEJ-in növbəti qiymətləndirmə hesabatının tərtib edilməsi istiqamətində əldə olunmuş irəliləyişlər, məhkəmə icraatında tərcümənin keyfiyyətinə dair hazırlanmış təlimatlar, ədalət mühakiməsi sahəsində süni intellektdən istifadəyə dair hesabat təqdim edilib. Həmçinin hakimlərin sürətlə rəqəmsallaşan mühitdə fəaliyyət göstərməsi və bu proseslərdə aparıcı rol oynaması üçün zəruri bilik və bacarıqlara yiyələnməsini nəzərdə tutan yeni texnologiyalar üzrə nümunəvi təlim proqramının layihəsi ətrafında müzakirələr aparılıb.