ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

E-müraciət

HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsinin hər bir istifadəçisinin məktub göndərmək, onu maraqlandıran məsələlər barədə fikirlərini və arzularını bildirmək, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

XAHİŞ EDİRİK, ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL QAYDALARLA TANIŞ OLUN:

  1. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsi vasitəsilə elektron formada göndərilmiş müraciətlər Məhkəmə-Hüquq Şurasının Aparatına daxil olur və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na uyğun olaraq qeydiyyata alınır və baxılır.
  2. Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir.
  3. Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, yalnız böyük və ya yalnız kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
  4. Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
  5. Müraciətin mətnində təhqir və böhtana yol verildikdə, yaxud müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
  6. Hörmətli istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik, bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:
  • Bir mənbədən elektron məlumatın göndərilməsi üçün vaxt, serverin yüklənməsindən asılı olaraq, 1-5 dəqiqə ilə məhdudlaşır.
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.
  • Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr info@jlc.gov.az elektron ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:

Məhkəmə-Hüquq Şurasına məktub yazmaq