ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

İntizam icraatı proseduru

Hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət üçün səbəblər

  • fiziki və hüquqi şəxslərin şikayətləri
  • mediada dərc olunmuş məlumatlar
  • işlərə apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində baxılarkən aşkar edilmiş qanun pozuntuları və hakimlər haqqında bu məhkəmələrin çıxardığı xüsusi qərarlar
  • İnsan hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında əks etdirilmiş qanun pozuntuları
  • hakimlərin fəaliyyətinin qiymətləndirilməsi zamanı və məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində aşkara çıxan qanun pozuntuları
  • intizam icraatının başlanılması barədə müraciət hüququ olan şəxslərin əldə etdikləri digər məlumatlar

Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları

  • işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və ya kobudcasına pozması
  • hakim etikasını pozması
  • əmək və icra intizamı haqqında qanunvericiliyin tələblərini pozması
  • ”Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etməməsi
  • ”Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətməsi
  • hakim adına ləkə gətirən hərəkətə yol verməsi

İntizam icraatının başlanılması

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 112-ci maddəsinə əsasən hakimlər barəsində intizam icraatını yalnız Məhkəmə-Hüquq Şurası başlaya bilər. Bu Qanunla müəyyən edilmiş səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri olduqda Məhkəmə-Hüquq Şurası öz təşəbbüsü ilə intizam icraatını başlamalıdır.


Müraciət etmək hüququ olan subyektlər

Məhkəmə–Hüquq Şurası

Məhkəmə–Hüquq Şurası daxil olmuş müraciətə 3 ay müddətində baxır və intizam icraatının başlanılması və ya belə icraatın başlanması barədə müraciətin təmin edilməməsi haqqında qərar qəbul edir

Məhkəmə–Hüquq Şurası intizam icraatının başlandığı gündən 3 ay müddətinə məsələni bir qayda olaraq hakimin iştirakı ilə araşdırır və qərar qəbul edir. Hakim üzrlü səbəblərdən intizam icraatında iştirak edə bilmədikdə və ya icraat üzrə əlavə araşdırma tələb olunduqda bu müddət Məhkəmə–Hüquq Şurasın qərar ilə uzadılır.

“Məhkəmələr və hakimlər haqqında” Qanunun 112-ci maddəsinə uyğun qərar qəbul olunur

1. Hakimə irad tutulur

2. Hakimə töhmət verilir

3. Hakimin vəzifədən aşağı salınması barədə Azərbaycan Respublikasının Prezidentinə təklif verilir

4. Hakimin iş yerinin dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təklif verilir

5. Hakimin səlahiyyətlərinə xitam verilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təklif verilir

Qərar qüvvəyə minir

Məhkəmə–Hüquq Şurasının qərarını qüvvədə saxlayır

Məhkəmə–Hüquq Şurasının qərarını ləğv edir

Məhkəmə–Hüquq Şurasının qərarına dəyişiklik edir və özqərarını Məhkəmə–Hüquq Şurasına təqdim edir

İntizam icraatına xitam verilir