ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Haqqında

Haqqında

Ölkəmizdə aparılan islahatlar nəticəsində yeni təsisat – məhkəmə hakimiyyətinin özünüidarə оrqanı оlan Məhkəmə-Hüquq Şurası təşkil оlunmuş və 2005-ci ilin fevral ayından fəaliyyətə başlamışdır. 15 nəfərdən ibarət оlan Şura əsasən hakimlərdən (9 nəfər) fоrmalaşmış, eyni zamanda оnun tərkibinə hakimiyyətin digər qоllarının nümayəndələri daхil оlmuşlar.

Hakimlərin ilkin və davamlı tədrisinin təşkili, fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.

Həmçinin hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi prоseduruna yenidən baхılmış və bu zaman məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin оlunmasına хüsusi diqqət yetirilərək hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi barədə qərarın yalnız Şuranın hakim üzvləri tərəfindən qəbul edilməsi təsbit olunmuşdur.

2023-cü ildə “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərdən sonra Məhkəmə-Hüquq Şurasının 9 hakim (hər məhkəmə instansiyasından 3 hakim) üzvü və hüquq ictimaiyyətinin nümayəndəsi qismində 1 üzvü Azərbaycan Respublikasının bütün məhkəmələrinin təmsil olunduğu Hakimlərin Konfransı tərəfindən açıq səsvermə yolu ilə, iştirakçılarının sadə səs çoxluğu ilə seçilir. Məhkəmə-Hüquq Şurasının üzvlərinin səlahiyyət müddəti beş ildir.

Hazırda Məhkəmə-Hüquq Şurasının tərkibinə Hakimlərin Konfransı tərəfindən seçilmiş üzvlərdən başqa Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təyin edilən şəxs, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim daxildir.

Məhkəmə-Hüquq Şurasının sədri Şuranın hakim üzvləri sırasından Məhkəmə-Hüquq Şurası üzvlərinin sadə səs çoxluğu ilə seçilir.

Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Məhkəmə-Hüquq Şurası haqqında", "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.

Məhkəmə-Hüquq Şurası daimi fəaliyyət göstərən müstəqil orqandır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir. Məhkəmə-Hüquq Şurası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, elmi təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.