ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsinin hakimləri Özbəkistanın Daşkənd şəhərində təlim səfərində olublar

28.04.2026

Özbəkistan Respublikası Ədliyyə Akademiyasının təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Rəqəmsal ədalət mühakiməsi: beynəlxalq standartlar, informasiya təhlükəsizliyi və insan hüquqları” mövzusunda beynəlxalq təlim proqramı keçirilmişdir. Təlimdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Teyyub Muxtarov və Bakı Apellyasiya Məhkəməsinin hakimi Əli Məmmədov iştirak ediblər.

Təlim kibercinayətlərin açılması və rəqəmsal sübutların (o cümlədən blokçeyn və darknet) kriminalistik təhlili, korrupsiyaya qarşı mübarizənin beynəlxalq hüquqi əsasları və məhkəmə prosesində etik normalar, insan hüquqlarının qorunması, söz azadlığının təmin edilməsi, qadın və uşaqların zorakılıqdan qorunması mövzularına dair nəzəri və praktiki məsələləri əhatə edib.

Tədbir iştirakçıları sırasında Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tacikistanın hakimləri, məhkəmələrdə təlimin aparılması üzrə ixtisaslaşmış məsul təşkilatların nümayəndələri, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, UNİCEF, UNESCO-nun aparıcı mütəxəssisləri, həmçinin tanınmış yerli və xarici professorlar da yer alıb.

Eyni zamanda səfər çərçivəsində Özbəkistan Respublikasının Ali Məhkəməsi və Yunusabad Rayon Məhkəməsi, habelə İslam Svilizasiya Mərkəzi ilə yerində tanışlıq baş tutub.

Təlim rəqəmsal ədalət mühakiməsi üzrə aktual məsələlər barəsində peşəkar bilik və təcrübələrin artırılması ilə yanaşı, həm də ölkələrin məhkəmə təlimi sahəsində qurumlararası əməkdaşlığının gücləndirilməsinə xidmət edib.