ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Apellyasiya Məhkəməsinin hakimləri Cenevrədə keçirilən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının beynəlxalq forumunda iştirak ediblər

20.10.2026

Bakı Apellyasiya Məhkəməsinin hakimləri Fərid Mədətli və Elvin Əliyev 2026-cı il 14–15 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində keçirilən Əqli Mülkiyyət Hakimlərinin Forumunda iştirak ediblər.

Forumda əqli mülkiyyət hüquqlarının məhkəmə müdafiəsi, müxtəlif ölkələrin məhkəmə təcrübəsi, süni intellektin müəlliflik hüququna təsiri və yeni texnologiyalarla bağlı hüquqi çağırışlar müzakirə edilib.

Tədbirdə həmçinin süni intellektin məhkəmə fəaliyyətində tətbiqi, rəqəmsal sübutların mötəbərliyi, saxta görüntü və səsyazmalarının aşkarlanması, patent və əmtəə nişanları ilə bağlı mübahisələr, elektron ticarət platformalarının məsuliyyəti və transsərhəd mübahisələrin həlli məsələlərinə diqqət ayrılıb. Bu sahədə insan hüquqlarının qorunması, şəffaflıq, qərəzsizlik və hakimlərin müstəqilliyinin təmin olunmasının vacibliyi vurğulanıb.

Forum çərçivəsində Azərbaycan hakimləri əqli mülkiyyət hüquqlarının məhkəmə müdafiəsi sahəsində ölkəmizin təcrübəsinə dair fikir mübadiləsi aparıb, xarici həmkarlarının yanaşmaları və qabaqcıl beynəlxalq təcrübə ilə tanış olublar.

Tədbir əqli mülkiyyət mübahisələri üzrə məhkəmə təcrübəsinin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olub.