ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Hakimlər Almaniya Federativ Respublikasında təlim səfərində olublar

26.11.2025

Məhkəmə-Hüquq Şurasının və Ədliyyə Nazirliyinin təşəbbüsü və dəstəyi ilə bir sıra apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri hüquqi alman dili biliklərinin təkmilləşdirilməsi, müvafiq praktiki biliklər və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 16-21 noyabr 2025-ci il tarixlərdə Almaniyanın Halle şəhərində təlim səfərində olmuşlar.

Təlim hakimlər üçün hazırlanmış xüsusi proqram əsasında ixtisaslaşmış müəllim, ekspert Michael Wilding tərəfindən aparılmışdır. Bununla yanaşı hakimlər Martin Luter adına Halle-Wittenberg Universitetində olmuş, həmin Universitetin professoru Azər Əliyev tərəfindən onlara Universitetin tarixi, burada tədrisin təşkili və tədris prosesi ilə bağlı ətraflı məlumatlar verilmişdir.

Səfər çərçivəsində hakimlər Naumburg Ali Torpaq Məhkəməsini (Naumburg Oberlandsgericht) və Leipzig Federal İnzibati Məhkəməsini (Leipzig Bundesverwaltungsgerich) ziyarət etmiş, məhkəmə iclaslarında iştirak etmişlər.