ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Türk Dövlətləri Təşkilatının Məhkəmə Şuralarının Əsasnaməsi hazırlanır

20.12.2024

Türk Dövlətləri Təşkilatının Katibliyinin nümayəndələri, Alt İşçi Qrupun Türkiyə Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan respublikalarının məhkəmə hakimiyyətini təmsil edən şəxslərin iştirakı ilə 15-18 dekabr 2024-cü il tarixdə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Məhkəmə Şuraları Şəbəkəsi Əsasnaməsinin hazırlanması üzrə görüş keçirilmişdir.

Görüş çərçivəsində Türk Dövlətləri Təşkilatının Məhkəmə Şuraları Şəbəkəsi Əsasnaməsinin ilkin layihəsi Alt İşçi Qrupun nümayəndələrinin təklifləri əsasında müzakirəsi edilmiş, qarşılıqlı əməkdaşlığın zəruriliyi bir daha vurğulanmışdır.

2025-ci ildə Bakı şəhərində keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin Məhkəmə Şuralarının III Toplantısı çərçivəsində imzalanması nəzərdə tutulan Əsasnamə ölkələrin məhkəmə sistemləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi və daha səmərəli hüquqi mexanizmlərin təmin olunması baxımından mühüm addım olacaq.

Bu Əsasnamə, xüsusilə üzv və müşahidəçi ölkələrin Məhkəmə Şuraları arasında koordinasiyanın artırılmasını, peşəkar təcrübə mübadiləsinin gücləndirilməsini, habelə məhkəmələrin müstəqilliyi və qərəzsizliyini dəstəkləyən tədbirlərin inkişaf etdirilməsini hədəfləyir.