ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Şəki İnzibati Məhkəməsinin hakimi beynəlxalq seminarda iştirak edib

28.10.2024
Şəki İnzibati Məhkəməsinin hakimi beynəlxalq seminarda iştirak edib
Şəki İnzibati Məhkəməsinin hakimi beynəlxalq seminarda iştirak edib
Şəki İnzibati Məhkəməsinin hakimi beynəlxalq seminarda iştirak edib
Şəki İnzibati Məhkəməsinin hakimi beynəlxalq seminarda iştirak edib

Şəki İnzibati Məhkəməsinin hakimi Fərid İsmayılzadə 2024-cü il 25 oktyabr tarixində Fransanın Strasburq şəhərində Avropa İnsan Hüquqları Məhkəməsinin Katibliyi ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Strasburqdakı Avropa Təsisatları üzrə Nümayəndəliyinin birgə təşkilatçılığı əsasında “Avropa İnsan Hüquqları Konvensiyası və beynəlxalq qaçqın hüququna uyğun dövlət sərhədlərində prosedurlar” mövzusunda keçirilmiş seminarda iştirak edib.

Avropa İnsan Hüquqları Məhkəməsinin binasında baş tutan seminarda 27 Avropa Şurasına üzv dövlətdən  59 yerli hakim, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri, Katibliyinin üzvləri, Avropa Şurasının əsas tərəfdaşları və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşları olmaqla ümumilikdə 100 nümayəndə iştirak edib.

Tədbirdə dövlət sərhədlərində beynəlxalq müdafiə axtaran şəxslərin qarşılaşdığı əsas çətinliklər və beynəlxalq qaçqın hüququnun prinsipləri, kollektiv çıxarılmaların qadağan edilməsi (IV Protokol, maddə 4), “Qaytarılmadan qorunma” (Maddə 3 AİHK) və “Təhlükəsiz üçüncü ölkəyə çıxarılma” ilə bağlı məsələlər, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna dair əsas prinsiplər, Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarının icrası üçün dövlətlər tərəfindən görülmüş tədbirlər üzrə geniş müzakirələr aparılıb.

Hakim Fərid İsmayılzadə tədbir iştirakçılarına analoji işlər üzrə məhkəmə təcrübəsi, Azərbaycan Respublikasının rastlaşmış olduğu qaçqın və məcburi köçkün problemi, işğaldan azad edilmiş ərazilərdə görülən işlər və məcburi köçkünlərin geri qaytarılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib, həmçinin ölkəmizin bu il COP29 tədbirinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.