ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Məhkəmə-Hüquq Şurası Koreya Respublikasında keçirilən beynəlxalq tədbirdə təmsil olunub

20.06.2024

2024-cü ilin 9-19 iyun tarixlərində Koreya Respublikasının Korrupsiyaya qarşı mübarizə və Vətəndaş Hüquqları Komissiyası (ACRC) tərəfindən Azərbaycan, Özbəkistan və Tacikistan respublikalarının aidiyyəti qurumlarının əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə sahəsində təlim təşkil edilib.

Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən tədbirdə ölkəmizi Məhkəmə-Hüquq Şurasının Aparatına ezam olunmuş Bakı Apellyasiya Məhkəməsinin hakimi Səməd Cəfərov, Məhkəmə-Hüquq Şurasının Aparatının və Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Korrupsiyaya qarşı mübarizə siyasətinin həyata keçirilməsi, müvafiq sahədə maraqlar toqquşması hallarının qarşısının alınması, məlumat verən şəxslərin müdafiəsinin təmin edilməsi, bu qəbildən olan cinayət işlərinin istintaqının xarakterik xüsusiyyətləri, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı effektiv mübarizə, aktivlərin bərpası və idarə olunması, korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi yardım və ekstradisiya mövzularında qarşılıqlı müzakirələr keçirilib.

Tədbir çərçivəsində nümayəndə heyətini qəbul edən Komissiyanın sədri cənab Yu Çul Van seminarın qarşılıqlı münasibətlərin inkişafında vacib rol oynadığını qeyd edərək, korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın genişlənməsi və birgə səylər göstərilməsinin əhəmiyyətini vurğulayıb.

Heyət tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, bu sahədə mövcud müsbət təcrübə və əldə olunmuş nailiyyətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat  verilib.

Sonda təlimi uğurlu şəkildə başa vurmuş Azərbaycan Respublikasının  nümayəndə heyətinin üzvləri müvafiq sertifikatlarla təltif olunublar.