ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

HAKİMLİYƏ NAMİZƏDLƏR TÜRKİYƏDƏ TƏLİM SƏFƏRİNDƏ OLUBLAR

04.12.2023
HAKİMLİYƏ NAMİZƏDLƏR TÜRKİYƏDƏ TƏLİM SƏFƏRİNDƏ OLUBLAR
HAKİMLİYƏ NAMİZƏDLƏR TÜRKİYƏDƏ TƏLİM SƏFƏRİNDƏ OLUBLAR

Hazırda vakant olan hakim ştatlarının yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə imtahanların keçirilməsi davam etdirilir. Seçim prosesinin sürətləndirilməsi və namizədlər üçün daha əlverişli şəraitin yaradılması istiqamətində Şura tərəfindən ardıcıl addımlar atılır.

Yazılı və şifahi imtahandan müvəffəqiyyətlə keçmiş və ilkin uzunmüddətli tədris kurslarına göndərilən 28 nəfər hakimliyə namizəd Hakimlərin Seçki Komitəsinin sədri, Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun və Komitənin üzvü, Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfovun iştirakı ilə 26 noyabr – 2 dekabr tarixlərində Türkiyə Respublikasında təlim səfərində olub.

Təlimlərdə hakimliyə namizədlərə Türkiyənin hüquq sistemi, hakimlərin statusu, ixtisaslaşmış məhkəmələrin, habelə ədliyyə, prokurorluq orqanlarının fəaliyyəti barədə geniş məlumat verilib. Hüququn müxtəlif sahələrinə dair hakimlərin məruzələri dinlənilib.

Səfər çərçivəsində hakimliyə namizədlər Antalya şəhərində yerləşən məhkəmələri və müvafiq qurumları ziyarət edib, yaradılan şəraitlə tanış olublar.