ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi beynəlxalq seminarda iştirak edib

09.09.2024
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi beynəlxalq seminarda iştirak edib
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi beynəlxalq seminarda iştirak edib
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi beynəlxalq seminarda iştirak edib
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi beynəlxalq seminarda iştirak edib

Cari ilin 2-4 sentyabr tarixlərində Avropa İttifaqı Qlobal Fondunun və Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin İstintaqı İdarəsinin (MASAK) təşkilatçılığı ilə Ankara şəhərində "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə kəşfiyyat məlumatlarının sübuta çevrilməsi” mövzusunda beynəlxalq seminar keçirilib. 

Tədbirdə Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Tacikistan və Somalinin hüquq mühafizə, prokurorluq və məhkəmə sistemini təmsil edən nümayəndə heyəti iştirak edib. Tədbirdə ölkəmizi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanova təmsil edib. 

Seminarda iştirakçı dövlətlərin nümayəndələri tədbir iştirakçılarına cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində istər qanunvericilik, istərsə də təşkilati mexanizmlər barədə məlumat verib, bu qəbildən olan cinayətlərin istintaqının (istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı) aparılması zamanı təcrübədə rast gəlinən çətinliklər müzakirə edilib, ekspertlər isə beynəlxalq əməkdaşlığın təşviq edilməsi istiqamətində öz fikirlərini bildiriblər.

Daha sonra ekspertlər tərəfindən kazuslar işlənilib, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və maliyyə kontekstində terrorçuluğa qarşı mübarizə, kəşfiyyat məlumatlarının istintaqda sübuta çevrilməsi və ölkələrin bu sahədə qarşılıqlı hüquqi yardım mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda ekspertlər iştirakçı dövlətlərin nümayəndələrinə maliyyə kəşfiyyatı məlumatlarının məqbul sübuta çevrilməsi, maliyyə cinayətlərinə qarşı mübarizədə qlobal səylərin gücləndirilməsi və daha təhlükəsiz işin təmin edilməsi üzrə əməkdaşlığı, infrastrukturu və maraqlı tərəflərin potensialını gücləndirmək üçün tövsiyələrini veriblər.