ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycanlı hakimlər beynəlxalq konfransda iştirak edib

13.09.2024
Azərbaycanlı hakimlər beynəlxalq konfransda iştirak edib
Azərbaycanlı hakimlər beynəlxalq konfransda iştirak edib
Azərbaycanlı hakimlər beynəlxalq konfransda iştirak edib
Azərbaycanlı hakimlər beynəlxalq konfransda iştirak edib

Məhkəmə-Hüquq Şurasının Aparatına ezam olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Zahid MəmmədovBakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov 2024-cü il 8-10 sentyabr tarixlərində İrlandiya Respublikasının paytaxtı Dublin şəhərində Beynəlxalq Qaçqınlar və Miqrasiya Hakimləri Assosiasiyasının Avropa Bölməsinin Konfransında iştirak edib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının dəstəyi ilə keçirilən konfransda Avropa İnsan Hüquqları Məhkəməsinin sədri, Avropa Ədalət Məhkəməsinin vitse-prezidenti, İrlandiya Respublikasının Ali Məhkəməsinin sədri, baş prokuroru, ədliyyə naziri, Beynəlxalq Qaçqınlar və Miqrasiya Hakimləri Assosiasiyasının sədri, BMT QAK-ın, Avropa İttifaqının Sığınacaq Agentliyinin nümayəndələri, habelə 20-dək Avropa ölkəsinin qaçqın və miqrasiya məsələləri üzrə mübahisələrə baxan inzibati və digər ixtisaslaşdırılmış məhkəmələrinin hakimləri iştirak ediblər.

Tarixi Dublin qalasının Hibernia Konfrans Mərkəzində keçirilən tədbirin əsas mövzusu Avropa ölkələrində artan miqrasiya prosesləri fonunda məhkəmələrdə qaçqın statusunun verilməsi və miqrasiya məsələləri ilə bağlı mübahisələrə baxılması təcrübəsi, bu sahədə Avropa İnsan Haqları Məhkəməsinin cari presedent hüququndan irəli gələn məsələlər olub. Mövzu üzrə müxtəlif ölkələrdən olan məruzəçi hakimlər aktual mövzular üzrə təqdimatlarla çıxış ediblər.

Ölkəmizi təmsil edən hakimlər təqdim edilən mövzular üzrə keçirilən müzakirələrdə iştirak ediblər, eyni zamanda tədbir iştirakçılarına Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, inzibati məhkəmələrin fəaliyyəti, qaçqın statusunun verilməsinə dair işlər üzrə məhkəmə təcrübəsi, hakimlərin seçki prosesi barədə ətraflı məlumat verilib.