ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Almaniyada inzibati məhkəmələr üzrə təcrübə proqramı uğurla başa çatmışdır

19.02.2026

Cari ilin 1–14 fevral tarixlərində Almaniya Federativ Respublikasının Vismar şəhərində Vismar Tətbiqi Elmlər Universitetinin nəzdində Şərq İnstitutu tərəfindən “İnzibati məhkəmə hakiminin iş metodları” mövzusunda inzibati məhkəmələr üzrə beynəlxalq təcrübə proqramı təşkil olunmuşdur.

Proqramda Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı və Sumqayıt Apellyasiya Məhkəmələri və Şəki İnzibati Məhkəməsinin hakimlərindən ibarət nümayəndə heyəti iştirak etmişdir.

Təcrübə proqramının əsas məqsədi inzibati hüquq və inzibati icraat sahəsində hakimlərin nəzəri biliklərinin dərinləşdirilməsi, praktiki bacarıqlarının təkmilləşdirilməsi, məhkəmə işlərinə baxılma prosesinin təşkili və icraatın aparılması mexanizmlərinin Almaniya təcrübəsi əsasında öyrənilməsi olmuşdur.

Proqram çərçivəsində iştirakçılar Almaniyanın inzibati məhkəmələrində keçirilən açıq məhkəmə iclaslarında iştirak etmiş, işlərə baxılma prosedurlarını yerində müşahidə etmiş, həmçinin institutun elmi və informasiya resurslarından istifadə edərək inzibati  məhkəmə icraatı sahəsində aparılan tədqiqatlarla tanış olmuş, ekspertlərlə fikir mübadiləsi aparmışlar.

Qeyd olunan beynəlxalq təcrübə proqramında iştirak inzibati mübahisələrə baxılmanın keyfiyyətinin artırılması, məhkəmə fəaliyyətində müasir idarəetmə və iş metodlarının tətbiqinin genişləndirilməsi, eləcə də beynəlxalq hüquqi əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir.