ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

ALİ MƏHKƏMƏNİN VƏ MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ STRASBURQDA SƏFƏRDƏ OLUB

13.10.2023

Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Fransa Respublikasının Strasburq şəhərində işgüzar səfərdə olub.

İnam Kərimov səfər çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Siofra O’Liri ilə ikitərəfli görüş keçirib.

Ali Məhkəmənin sədri Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılan islahatlar və ədalət mühakiməsinin səmərəliyinin artırılması istiqamətində görülmüş işlər barəsində məlumat verib. Bildirilib ki, Azərbaycan Avropa Şurasının təsisatları ilə işgüzar əlaqələrin, həmçinin Avropa Şurasına üzv olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.

Görüşdə qeyd edilib ki, Azərbaycan Respublikası cari ildə 16 saylı Protokolu ratifikasiya edib və bu Protokol noyabrın 1-dən qüvvəyə minəcək. Bildirilib ki, bu Protokol məhkəmələrimiz arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə imkan verəcək.

Azərbaycan və Avropa Məhkəməsi arasında əməkdaşlıq yüksək qiymətləndirilərək, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin zəruriliyi vurğulanıb. Avropa Məhkəməsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə toxunulub, gələcəkdə birgə seminar və konfransların keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışılıb.

Bundan başqa, İnam Kərimov Avropa Şurasına üzv dövlətlərin Ali Məhkəmə sədrlərinin iştirakı ilə keçirilən “16 saylı Protokol əsasında məsləhətçi rəy mexanizmi vasitəsilə məhkəmə dialoqu” adlı seminarda iştirak edib. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 16 saylı Protokolunun qüvvəyə minməsinin 5 illiyi münasibətilə keçirilən tədbirdə məsləhətçi rəy mexanizminin fəaliyyət istiqamətinin öyrənilməsi, müvafiq təlimatların hazırlanması və bu sahədə görüləcək tədbirlər ətrafında məruzələr dinlənilib.

Ali Məhkəmənin sədri seminar çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər keçirərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıb.