ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Frequently asked questions

All news
Məhkəmə-Hüquq Şurasına məhkəmə qərarlarından şikayət verilə bilər?

Qanunvericilikdə Məhkəmə-Hüquq Şurasının məhkəmə qərarlarının qanuniliyini və əsaslılığını yoxlamaq səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə qərarları tərəflərin müraciəti əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız yuxarı məhkəmələr tərəfindən yoxlanılır.

Hakimliyə namizədliyin irəli sürülməsi üçün hansı sənədlər tələb olunur?

Hakimliyə namizədliyinin qeydə alınmasını istəyən şəxslər müvafiq ərizə və aşağıdakı sənədləri Komitənin hsk@jlc.gov.az ünvanına elektron formada (pdf fayl formasında) göndərə və ya şəxsən təqdim edə bilərlər:

   1. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

   2. Kadrlar uçotunun şəxsi vərəqəsi; yüklə

   3. Tərcümeyi-hal; yüklə

   4. Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surəti;

   5. Əmək kitabçasının təsdiq edilmiş (notarial və yaxud kadrlar şöbəsində) surəti;

   6. Yaşadığı ünvan üzrə sağlamlıq barədə, habelə ruhi əsəb xəstəlikləri və narkoloji dispanserlərində qeydiyyatda olub-olmaması barədə arayışlar;

   7. 4x6 ölçüdə 4 ədəd rəngli fotoşəkil;

   Namizədlər əmək kitabçasının təsdiq edilmiş (notarial və yaxud kadr aparatında) surətini yazılı imtahanın ikinci fazasını keçdikdən sonra ən geci 5 gün ərzində təqdim edə bilərlər.

 

Hakimliyə namizədliyi qeydə alınmış şəxslərə qeydə alınma barədə müvafiq qəbz təqdim ediləcəkdir.


QEYD: Kadrlar uçotunun şəxsi vərəqəsi və tərcümeyi-hal elektron formada tərtib edilməli, müvafiq sənədlərin sonunda göy rəngli diyircəkli qələmlə şəxsən namizədin özü tərəfindən yazılması barədə qeyd (özüm yazdım və həqiqiliyini imzamla təsdiq edirəm) aparılmaqla imzalanmalıdır.

Tərcümeyi-halda əks olunacaq məlumatlar barədə: yüklə

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62 (faks)

Məhkəmə-Hüquq Şurasının üzvlərinin qəbuluna necə yazılmaq olar?

Vətəndaşların qəbulu Məhkəmə-Hüquq Şurasında vətəndaşların qəbul edilmə Qaydasına müvafiq olaraq həyata keçirilir. Qaydalara uyğun olaraq, vətəndaşlar Məhkəmə-Hüquq Şurası Aparatı tərəfindən bütün iş günləri ərzində, Şura üzvləri tərəfindən isə hər ay üzrə müvafiq günlərdə qəbul edilirlər (Qəbul cədvəli).

Vətəndaşlar qəbula Şuranın (012) 510-22-97, 510-82-96 nömrəli telefonları və ya info@jlc.gov.az elektron poçt ünvanı vasitəsilə əvvəlcədən yazıla, yaxud birbaşa qəbula gələ bilərlər.

Müraciətlər həmçinin, Məhkəmə-Hüquq Şurasının rəsmi elektron ünvanına (info@jlc.gov.az) göndərilə, yaxud (012) 510-21-62 nömrəli telefonla faks edilə bilər. Həmin müraciətlərə "Vətəndaşların müraciətləri haqqında" Qanunda nəzərdə tutulmuş qaydada baxılacaqdır.

Həmçinin bildirilir ki, Şurada "Qaynar xətt" (887) fəaliyyət göstərir.