ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Hakim olmaq arzusunda olan şəxslərin nəzərinə

Hakimlərin Seçki Komitəsi bildirir ki, hakim olmaq arzusunda olan şəxslərin sənədlərinin qəbul davam edir.

Belə ki, hakimliyə namizədliyinin qeydə alınmasını istəyən şəxslər müvafiq ərizə və aşağıdakı sənədləri Komitənin hsk@jlc.gov.az ünvanına elektron formada (pdf fayl formasında) göndərə və ya şəxsən təqdim edə bilərlər:

   1. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

   2. Kadrlar uçotunun şəxsi vərəqəsi; yüklə

   3. Tərcümeyi-hal; yüklə

   4. Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surəti;

   5. Əmək kitabçasının təsdiq edilmiş (notarial və yaxud kadrlar şöbəsində) surəti;

   6. Yaşadığı ünvan üzrə sağlamlıq barədə, habelə ruhi əsəb xəstəlikləri və narkoloji dispanserlərində qeydiyyatda olub-olmaması barədə arayışlar;

   7. 4x6 ölçüdə 4 ədəd rəngli fotoşəkil;

   Namizədlər əmək kitabçasının təsdiq edilmiş (notarial və yaxud kadr aparatında) surətini yazılı imtahanın ikinci fazasını keçdikdən sonra ən geci 5 gün ərzində təqdim edə bilərlər.

 

Hakimliyə namizədliyi qeydə alınmış şəxslərə qeydə alınma barədə müvafiq qəbz təqdim ediləcəkdir.


QEYD: Kadrlar uçotunun şəxsi vərəqəsi və tərcümeyi-hal elektron formada tərtib edilməli, müvafiq sənədlərin sonunda göy rəngli diyircəkli qələmlə şəxsən namizədin özü tərəfindən yazılması barədə qeyd (özüm yazdım və həqiqiliyini imzamla təsdiq edirəm) aparılmaqla imzalanmalıdır.

Tərcümeyi-halda əks olunacaq məlumatlar barədə: yüklə

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62 (faks)