ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Kərəm İsa oğlu Mansurov

Kərəm İsa oğlu Mansurov

Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri

1 aprel 1988-ci ildə anadan olub. 2009-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat pilləsini, 2013-cü ildə “Dövlət hüququ” ixtisaslaşması üzrə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib. Təhsil aldığı müddətdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri olub.

2024-cü ildə Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) və Birləşmiş Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutunun (UNITAR) birgə tədris etdiyi “Antikorrupsiya və Diplomatiya üzrə Magistratura Proqramı”ını (MACD) fərqlənmə diplomu ilə bitirib. Hazırda Bakı Dövlət Universitetində “Konstitusiya hüququ” ixtisası üzrə doktorantdır.

2011-ci ildə ASC “Xalq” Bankında hüquqşünas olaraq əmək fəaliyyətinə başlayıb. 2013-2023-cü illərdə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru vəzifəsində işləyib.

5 iyul 2023-cü ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəridir. Hakimlərin Seçki Komitəsinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Elmi Şurasının və Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) üzvüdür.

İngilis və rus dillərini bilir.

Ailəlidir, 1 övladı var.