Məhkəmə-Hüquq Şurasının Aparatı Məhkəmə-Hüquq Şurasının iclaslarının hazırlanmasına dair təşkilati işlərin həyata keçirilməsi, şuranın iclas protokolunun aparılması, şuranın qəbul etdiyi qərarların icrası, habelə şuranın səlahiyyətləri ilə bağlı digər məsələlərin həll edilməsi üçün təsis edilmişdir.
Məhkəmə-Hüquq Şurası Aparatının fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşları dövlət qulluqçusudurlar. Məhkəmə-Hüquq Şurası öz aparatının strukturunu və ştat vahidlərini dövlət büdcəsindən şuraya ayrılmış vəsait hüdudlarında müəyyən edir.