ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

01.10.2025
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

2025-ci ilin sentyabrın 30-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. 

İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və hazırda icraatda olan layihələr barədə məlumat verib.

İclasda “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası” və “Azərbaycan Respublikası məhkəmələri tərəfindən xüsusi məlumatların verilməsi Qaydaları” layihələri ətrafında müzakirələr aparılıb və təsdiq edilib. “Hakimlərin təlim-tədris prosesinin təşkili üzrə İşçi Qrup”un yaradılması qərara alınıb.

Eyni zamanda intizam icraatlarının başlanılması və kadr məsələri ilə bağlı müvafiq qərarlar da qəbul edilib.