ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

21.11.2026
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

2026-cı il noyabrın 20-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə sistemində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Həmçinin hakimlər barəsində intizam icraatı üzrə işlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Bununla yanaşı, Şuranın fəaliyyətinə dair cari məsələlər, o cümlədən Şura üzvlərindən ibarət Etik davranış üzrə Etika Komissiyasının tərkibinin formalaşdırılması məsələsi müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.