MƏHKƏMƏ-HÜQUQ ŞURASININ İCLASI KEÇİRİLİB
01.03.20242024-cü ilin fevralın 29-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov son dövrlərdə məhkəmə sahəsində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində islahatlar həyata keçirilməkdədir. Məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilir, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənir, məhkəmə hakimiyyətinin nüfuzu artırılır.
İclasda Məhkəmə-Hüquq Şurası tərəfindən ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr də diqqətə çatdırılıb.
Sonra iclasda iştirak edən Ali Məhkəmənin İnzibati kollegiyasının sədri Xəqani Məmmədovun “İnzibati məhkəmələrdə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyəti barədə” məruzəsi dinlənilib. İnzibati icraat zamanı inzibati orqanların fəaliyyətindən irəli gələn məsələlərin həlli ilə bağlı təşkilati, qanunvericilik və məhkəmə fəaliyyətinə aid olan tədbirlər qeyd edilib, qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflər səsləndirilib. İnzibati məhkəmələrin icraatında olan işlərin sayı, iş yükünün çoxluğu, hakimlər arasında işlərə baxılma müddəti və digər məsələlərə dair statistik göstəricilər barədə Şura üzvlərinə geniş məlumat təqdim olunub.
Həmçinin iclasda intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Göstərilən platformalarda paylaş: