ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam komissiyalarında təmsil olunacaq hakimlər müəyyən edilib

19.11.2025

Məhkəmə-Hüquq Şurası tərəfindən Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının tərkibinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, İntizam Komissiyasının tərkibinə isə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova təyin edilmişlər.

Qeyd edək ki, Müsabiqə və İntizam komissiyalarının hər biri 3 üzvü Ədliyyə Nazirliyi, 3 üzvü Xüsusi İcra Məmurlarının Palatası və 1 üzvü Notariat Palatası tərəfindən təyin edilən nümayəndələrdən, 1 üzvü Məhkəmə-Hüquq Şurası tərəfindən təyin edilmiş hakim, 1 üzvü isə Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkildən ibarət tərkibdə formalaşdırılır.