Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib
10.05.2026
2026-cı il 9 may tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin, Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Hakimlər İttifaqının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş hakimlərin və məhkəmə aparatı əməkdaşlarının iştirakı ilə şahmat turniri keçirilib.
İsveç modeli üzrə 36 nəfər arasında keçirilmiş turnirdə göstərdikləri nəticələrə əsasən, 1-ci yerə Sumqayıt Appellyasiya Məhkəməsinin hakimi İlqar Dəmirov, 2-ci yerə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyev, 3-cü yerə isə Ali Məhkəmənin hakimi Rəşad Həsənov layiq görülüb.
Tədbirin sonunda qaliblər kubok, medal və fəxri fərmanla təltif ediliblər.
Digər
17.03.2026, 19:24
Milli Məclisdə vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib
16.03.2026, 11:12