Hakimlərin təlim prosesi davam etdirilir
21.07.2025Hakimlərin davamlı tədrisinin təkmilləşdirilməsi məqsədilə onların müvafiq təlimlərə cəlb edilməsi üçün Məhkəmə-Hüquq Şurası tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir. Məhkəmə-Hüquq Şurasının Tədris Planına uyğun olaraq cari il ərzində Məhkəmə-Hüquq Şurası, habelə Şuranın müraciətinə əsasən Ədliyyə Akademiyası tərəfindən ümumilkidə 30 tədris kursunda 1062 hakim iştirak edib.
Bundan başqa, Ədliyyə Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər çərçivəsində birinci və apellyasiya instansiyası məhkəmələrinin hakimləri üçün “Hakimlik fəaliyyətində stres faktoru və onun idarə olunması” mövzusunda Bakı, Sumqayıt, Şəki və Şirvan şəhərlərində keçirilmiş təlimlərdə 70-ə yaxın hakim iştirak edib.
Təlimlər hakimlərin emosional dayanıqlılığının gücləndirilməsi, stresin səbəblərinin daha dərindən anlaşılması və bu hallar qarşısında praktiki idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb.
Göstərilən platformalarda paylaş: