ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Bir qrup hakim təlimə cəlb edilib

30.12.2025
Bir qrup hakim təlimə cəlb edilib
Bir qrup hakim təlimə cəlb edilib
Bir qrup hakim təlimə cəlb edilib
Bir qrup hakim təlimə cəlb edilib
Bir qrup hakim təlimə cəlb edilib
Bir qrup hakim təlimə cəlb edilib
Bir qrup hakim təlimə cəlb edilib
Bir qrup hakim təlimə cəlb edilib

Hakimlərin davamlı tədrisinin təkmilləşdirilməsi məqsədilə təlimçi hakimlərin müvafiq təlimlərə cəlb edilməsi üçün Məhkəmə-Hüquq Şurası tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir.

Bu məqsədlə Ali Məhkəmənin dəstəyi və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə cari ilin 15-26 dekabr tarixlərində təlimçi hakimlər mülki hüquq və mülki proses, inzibati hüquq və proses mövzularında uzunmüddətli təlimə cəlb ediliblər.

Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev, həmin Universitetin professoru Konstantin Branovitskiy və Almaniyanın Berlin şəhərinin İnzibati məhkəməsinin hakimi Jorg Pudelkanın iştirakı ilə keçirilən təlimlərdə mövzular üzrə fikir mübadiləsi, müxtəlif kazuslar ətrafında müzakirələr aparılıb.