Hakimlərin Seçki Komitəsinin məlumatı
21.07.2026Hakimlərin Seçki Komitəsi bildirir ki, test imtahanında müvəffəqiyyət qazanmış 175 nəfər hakimliyə namizədlə yazılı imtahan 26 sentyabr 2026-cı il tarixdə saat 11:00-da Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50) təşkil ediləcəkdir.
“Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq yazılı imtahan elektron qaydada keçiriləcəkdir.
İmtahanda verilmiş kazusların şərh edilməsinə dair xüsusatlar və onların qiymətləndirilməsi zamanı diqqət yetiriləcək məqamlar Məhkəmə-Hüquq Şurasının saytında yerləşdirilmiş “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası”nda göstərilmişdir.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni sentyabr ayının 15-dən etibarən Məhkəmə-Hüquq Şurasının internet saytı (jlc.gov.az) vasitəsilə əldə edə bilərlər.
Həmçinin hakimliyə namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onların imtahanlara mükəmməl hazırlaşmalarına şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanının 2027-ci ilin aprel ayının 11-də keçirilməsi qərara alınmışdır.
Namizədlərin imtahanlara hazırlaşmalarına köməklik məqsədilə imtahan suallarına dair annotasiya, habelə imtahan qaydalarını, namizədlərin imtahanla bağlı vəzifələrini və imtahan suallarının nümunələrini özündə əks etdirən “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası” Məhkəmə-Hüquq Şuranın rəsmi internet səhifəsində (jlc.gov.az) yerləşdirilmişdir.
İmtahanla bağlı, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması ilə bağlı namizədlərə əlavə məlumat veriləcəkdir.
Sənədlər Hakimlərin Seçki Komitəsi tərəfindən bütün iş günləri ərzində, o cümlədən elektron poçt (hsk@jlc.gov.az) ünvanı vasitəsilə qəbul edilir.
Əlaqə telefonları: (012) 510-22-97; (077) 308-43-10
Göstərilən platformalarda paylaş: