Hakimlərin Seçki Komitəsinin məlumatı
16.06.2026Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 300-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edib.
Komitə bildirir ki, həmin namizədlərlə test imtahanı cari ilin iyun ayının 28-də Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda keçiriləcəkdir.
Namizədlər imtahana buraxılış vərəqəsini iyun ayının 18-dən etibarən dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.
Buraxılış vərəqəsini əldə etmək üçün son müddət 27 iyun 2026-ci il saat 10:00 müəyyən edilmişdir.
Əlaqə telefonları: (012) 510-22-97; (077) 308-43-10
Göstərilən platformalarda paylaş: