Hakimlərin Seçki Komitəsinin məlumatı
20.11.2025Test imtahanında müvəffəqiyyət qazanmış 160 nəfər hakimliyə namizədlə 30 noyabr 2025-ci il tarixdə saat 11:00-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50) yazılı imtahan keçiriləcəkdir.
Bununla əlaqədar namizədlər “imtahana buraxılış vərəqəsi”ni dim.gov.az keçidi vasitəsilə əldə edə bilərlər.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62
Göstərilən platformalarda paylaş: