VƏTƏNDAŞLARIN VİDEOQƏBULU KEÇİRİLİB
01.12.2021Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması ilə bağlı tapşırıqları daim diqqətdə saxlanılır, bu zaman şəhid ailələrinin və hərbçilərin qayğılarına xüsusi həssaslıqla yanaşılır.
Pandemiya şəraitinin davam etməsi nəzərə alınaraq vətəndaşların müraciətlərinə elektron qaydada baxılır, müasir İKT tətbiq olunmaqla videoformatda qəbulların keçirilməsi davamlı xarakter alıb.
Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən noyabrın 30-da paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşların videoqəbulu keçirilib.
Regional ədliyyə idarələri vasitəsilə keçirilən qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib, onların müraciətlərinə, o cümlədən şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılaraq araşdırılması üçün nəzarətə götürülüb. Qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar onların müraciətlərinə və qayğılarına hər zaman diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edib, videoqəbulun təşkilindən məmnunluqlarını bildiriblər.
Göstərilən platformalarda paylaş: