ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

VƏTƏNDAŞLARIN VİDEOQƏBULU KEÇİRİLİB

15.07.2021
VƏTƏNDAŞLARIN VİDEOQƏBULU KEÇİRİLİB
VƏTƏNDAŞLARIN VİDEOQƏBULU KEÇİRİLİB
Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları daim diqqətdə saxlanılır, pandemiya şəraiti nəzərə alınaraq müraciətlərə elektron qaydada baxılması təmin edilir, mütəmadi videoqəbullar keçirilir.

İyulun 14-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşları videoformatda qəbul edib.

Videoqəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərinin dinlənilməsinin videokonfrans şəkildə təşkilindən məmnunluqlarını bildirib, onların qayğılarına həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.