VƏTƏNDAŞLARIN VİDEOQƏBULU KEÇİRİLİB
19.03.2021Martın 18-də Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşları videoformatda qəbul edib.
Videoqəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib. Müraciətlərin dinlənilməsinin videoformatda təşkili vətəndaşlar tərəfindən məmnunluqla qarşılanıb.
Həmçinin, qəbulda iştirak edən şəhid ailə üzvlərinin qayğıları ilə maraqlanılıb. Vətəndaşlar şəhid ailələrinin və yaralı hərbçilərimizin yüksək dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayaraq onların müraciətlərinə həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Göstərilən platformalarda paylaş: