ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

VƏTƏNDAŞLARIN VİDEOQƏBULU KEÇİRİLİB

10.02.2021
VƏTƏNDAŞLARIN VİDEOQƏBULU KEÇİRİLİB
VƏTƏNDAŞLARIN VİDEOQƏBULU KEÇİRİLİB

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları daim diqqətdə saxlanılır.

Pandemiya şəraiti ilə əlaqədar vətəndaşların müraciətlərinə elektron qaydada baxılması təmin edilir, onların videoformatda qəbulu həyata keçirilir.

Fevralın 10-da Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşların videoformatda qəbulu keçirilib, ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib. Müraciətlərin dinlənilməsinin videoformatda təşkili vətəndaşlar tərəfindən məmnunluqla qarşılanıb.

Şuranın sədri həmçinin, qəbulda iştirak edən şəhid ailə üzvlərinin qayğıları ilə maraqlanıb. Vətəndaşlar şəhid ailələrinin və qazilərin yüksək dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayaraq onların müraciətlərinə həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.