ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİNİN HAKİMLƏRİNİN TƏYİN VƏ VƏZİFƏDƏN AZAD EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

23.12.2022

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Əhmədov Pərviz Tərlan oğlu,

Həsənov Samir Firdusi oğlu,

Xasməmmədov Elçin İsgəndər oğlu,

İmanov Cahid Fehruz oğlu.

2. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsindən azad edilsinlər:

Mirzəyev Nüsrət Fətulla oğlu,

Zeynalov Zeynal Ağabala oğlu.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası

Milli Məclisinin sədri Sahibə Qafarova

Bakı şəhəri, 23 dekabr 2022-ci il