ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ HAKİMLƏRİNİN TƏYİN VƏ AZAD EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
21.05.20211. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Nuru Nadir oğlu Quliyev vəzifəsi dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.
2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Şəki Apellyasiya Məhkəməsinin hakimi Rafail Əyyub oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.
3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova
Bakı şəhəri, 21 may 2021-ci il
Göstərilən platformalarda paylaş: