ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

REGİONAL APELLYASİYA MƏHKƏMƏLƏRİNİN 15 İLLİYİNƏ HƏSR OLUNMUŞ “AZƏRBAYCAN RESPUBLİKASINDA HƏYATA KEÇİRİLƏN MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARININ MÜTƏRƏQQİ NƏTİCƏLƏRİ» MÖVZUSUNDA ŞUŞA KONFRANSI İŞTİRAKÇILARININ MÜRACİƏTİ

27.07.2022

Möhtərəm cənab Prezident!

Məhkəmə-hüquq islahatlarına həsr edilən Şuşa Konfransının iştirakçıları bu tədbirin mədəniyyət paytaxtımız, qədim Şuşa şəhərində keçirilməsindən xüsusi qürur duyur, bu günləri xalqımıza yaşatdığınıza görə Sizə dərin ehtiramlarını ifadə edirlər.

Yenilməz sərkərdəliyinizlə müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etməklə Siz Ulu Öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini və bütün xalqımızın arzusunu reallığa çevirərək Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmısınız.

Bu gün doğma torpaqlarımızda Zati-alilərinizin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə nəhəng bərpa-quruculuq işləri aparılır, azad edilmiş ərazilərimiz gündən-günə çiçəklənir. 2022-ci ilin tərəfinizdən “Şuşa İli" elan olunaraq mədəniyyət paytaxtımızın mötəbər tədbirlərə ev sahibliyi etməsi, Zəngilan rayonunun Ağalı kəndində açılışını etdiyiniz “Ağıllı kənd"ə soydaşlarımızın 30 illik həsrətdən sonra qayıtması hər kəsdə doğma torpaqlarımızın cənnətə çevriləcəyinə əminlik yaradır.

Konfrans zamanı rəhbərliyinizlə aparılan məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələri, o cümlədən məhkəmə sisteminin müasirləşdirilməsi, fəaliyyətin səmərəliliyinin artırılması, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi üzrə ardıcıl tədbirlər qeyd edilmiş, qarşıda duran vəzifələr, habelə azad edilmiş ərazilərimizdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili məsələləri müzakirə olunmuşdur.

Tədbir zamanı biz həmçinin, Şuşa şəhərində görülən genişmiqyaslı quruculuq işlərinin də əyani şahidi olduq, rəhbərliyinizlə yenidən dirçələn şəhərin tarixi və mədəni abidələri ilə tanışlıqdan heyran qaldıq, böyük iftixar hissi yaşadıq.

Möhtərəm cənab Prezident!

İşğaldan azad edilmiş müqəddəs torpaqlarımızda olmağın sevincini yaşatdığınıza görə bir daha dərin ehtiramımızı bildirir, qəti əmin edirik ki, Vətənimizin tərəqqisi, insan haqlarının qorunması və azad olunmuş torpaqlarımızın bərpası naminə Sizə layiqli yardımçı olmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.