NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ HAKİMLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
23.12.20221. Hakimlik səlahiyyətinin müddəti 2023-cü il yanvarın 2-də başa çatan Mirzəyev İlqar Məhərrəm oğlu “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun Keçid müddəalarının 7-ci hissəsinin dördüncü abzasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.
2. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:
Bəylərli Səxavət Şahhüseyn oğlu,
Novruzov Səxavət Hüseyn oğlu.
3. Bu Qərarın 1-ci hissəsi 2023-cü il yanvarın 2-dən, 2-ci hissəsi imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası
Milli Məclisinin sədri Sahibə Qafarova
Bakı şəhəri, 23 dekabr 2022-ci il
Göstərilən platformalarda paylaş: