ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

17.01.2022
“MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
“MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU


Maddə 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413; 1999, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002, № 1, maddə 4, № 12, maddə 706; 2003, № 6, maddə 278; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə 686; 2006, № 1, maddə 4, № 12, maddə 1005; 2007, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə 46, № 11, maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə 842; 2011, № 4, maddə 265; 2013, № 1, maddə 21; 2014, № 2, maddə 85, № 7, maddələr 782, 784; 2015, № 2, maddə 98, № 4, maddə 346, № 5, maddə 483, № 11, maddə 1286; 2016, № 6, maddə 1004, № 11, maddə 1789, № 12, maddə 2033; 2017, № 6, maddə 1034, № 7, maddə 1305, № 11, maddə 1965; 2018, № 1, maddə 12, № 3, maddə 395, № 5, maddə 888, № 7 (I kitab), maddə 1442; 2019, № 1, maddə 22, № 7, maddələr 1196, 1206, № 12, maddə 1895; 2020, № 7, maddə 826) 93-4-cü maddəsinin ikinci hissəsi üçüncü hissə hesab olunsun və həmin maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada yüksək hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə dövlət orqanlarında (qurumlarında) iş stajı, habelə hüquq sahəsində elmi və pedaqoji fəaliyyət müddəti onların hakimlik stajına hesablanır.”.

Maddə 2. Bu Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2021-ci il