ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ VƏTƏNDAŞLARIN VİDEOQƏBULUNU KEÇİRİB

01.10.2020
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ VƏTƏNDAŞLARIN VİDEOQƏBULUNU KEÇİRİB
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ VƏTƏNDAŞLARIN VİDEOQƏBULUNU KEÇİRİB

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların müraciətlərinə hər zaman qayğı ilə yanaşılır, karantin şəraitində videoformatda qəbul davam etdirilir.

Məhkəmə-Hüquq Şurasının Sədri, Ədliyyə naziri Fikrət Məmmədov Şəmkir və Lənkəran regional ədliyyə idarələri vasitəsilə müraciət etmiş ətraf rayonlarda yaşayan vətəndaşların videokonfrans formatında qəbulunu keçirib, ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə təxirəsalınmadan zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Qəbul zamanı cəbhə xəttində yerləşən rayonların sakinlərinin qayğıları ilə maraqlanılıb. Vətəndaşlar işğalçı Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Ali Baş Komandanın rəhbərliyi ilə Qələbəyə doğru inamla irəliləyən Ordumuza tam güvəndiklərini, böyük ruh yüksəkliyi ilə dövlət başçısının ətrafında sıx birləşdiklərini vurğulayıblar.