MƏHKƏMƏ-HÜQUQ ŞURASI VƏ "FEMİDA KÖNÜLLÜLƏRİ TƏŞKİLATI ARASINDA MEMORANDUM İMZALANDI
30.01.20242024-cü ilin yanvarın 29-da Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası və "Femida Könüllüləri" Təşkilatı arasında Məhkəmə-hüquq sistemində könüllülük fəaliyyətinin təşkili haqqında Memorandum imzalanıb.
Memoramdumun məqsədi məhkəmə-hüquq sistemində gənclərin iştirakçılığını artırmaq və bu sahədə həyata keçirilən islahatların təbliğinə, habelə vətəndaşlar arasında hüquqi maarifləndirmə işinə dəstək olmaqdır.
Memorandumun imzalanma mərasimində çıxış edən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov Femida könüllülərinin fəaliyyətini yüksək qiymətləndirib və onların məhkəmə sisteminə verdiyi töhfələr, əməkdaşlıq çərçivəsində perspektivlər və qarşıda duran məsələlərdən danışıb.
“Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova da çıxışında birgə əməkdaşlığın önəmini vurğulayıb və təşkilatın gələcək hədəfləri barədə məlumat verib.
Göstərilən platformalarda paylaş: