ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Hakimliyə namizədlərin Polis Akademiyasına təlim səfəri təşkil edilib

22.07.2025

Ədliyyə Akademiyasında təlimə cəlb edilmiş hakimliyə namizədlər tanışlıq məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında olublar.

Akademiyanın rəisi, polis general-mayoru Canpolad Daanov hakimliyə namizədlərə Polis Akademiyasının tarixi, habelə təhsil imkanlarının üstünlükləri barədə ətraflı məlumatlar vermişdir.

Səfər çərçivəsində həmçinin, Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir sıra struktur bölmələrinin rəhbərliyinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə cinayət təqibi və ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq doğuran məsələlərin həlli istiqamətində müzakirələrin davam etdirilməsinin vacibliyi vurğulanmışdır.