Hakimliyə namizədlərin pentensiar müəssisələrə təlim səfərləri təşkil edilib
28.07.2025Ədliyyə Akademiyasında uzunmüddətli təlimə cəlb edilmiş hakimliyə namizədlər Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında, o cümlədən 4 və 10 saylı cəzaçəkmə müəssisələrində və Qobustan Penitensiar Müəssisəsində təlim səfərlərində olub. Təlim səfərində Məhkəmə-Hüquq Şurası Aparatının əmakdaşları da iştirak edib.
Hakimliyə namizədlər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinin məhkumların həyatına və islah prosesinə təsirini yaxından müşahidə edib, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanasında yaradılmış şəraitlə, o cümlədən məhbusların yataqxanaları, istehsalat sahəsi, kitabxana, cərimə təcridxanası, görüş otaqları, yeməkxana, klub, telefon danışığı məntəqələri və sair ilə tanış olublar.
Göstərilən platformalarda paylaş: