ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Hakimlərin II Forumu 3-cü panel müzakirələrlə yekunlaşıb

20.02.2026

Bakıda təşkil edilən Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində “Cinayət mühakimə icraatının aktual məsələləri və müasir çağırışlar” mövzusunda üçüncü panel müzakirəsi keçirilib.

Panel müzakirəsində çıxış edən Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Rəşad Abdulov bildirib ki, cinayət mühakimə icraatı hər mərhələdə ciddi peşəkarlıq və yüksək məsuliyyət tələb edir. Onun sözlərinə görə, bu məsuliyyətin ölçüsü hakimlər üçün əslində sadədir: cəmiyyət məhkəmə qərarlarının hüquqi konstruksiyasını deyil, yalnız nəticəni qiymətləndirir. Vətəndaşlar üçün əsas meyar ədalətin olub-olmamasıdır. Ədalətin olduğu yerdə məhkəmə güclü olur, olmadığı halda isə heç bir mükəmməl və qüsursuz məhkəmə aktı belə etimadı bərpa edə bilmir.

Cinayət kollegiyasının sədri Hafiz Nəsibov çıxışında qeyd edib ki, cinayət prosesinin nəticələrinin həm proses iştirakçıları, həm də cəmiyyət üçün etimad doğurması yalnız sübutların qanunla müəyyən edilmiş qaydada əldə olunması və obyektiv qiymətləndirilməsi ilə mümkündür. Onun sözlərinə görə, cinayət təqibinin məqsədlərinə nail olunması tərəflərin hüquqlarına tam əməl edilməsi ilə birbaşa bağlıdır. Vurğulanıb ki, cinayət prosesinin mərhələli quruluşu təsadüfi deyil və hər bir növbəti mərhələ əvvəlkində yol verilmiş pozuntuların qarşısını alan hüquqi filtr rolunu oynayır. Bu mexanizmin məqsədi pozuntularla aparılmış istintaq hərəkətlərinin və qanunsuz əldə olunmuş sübutların prosesin sonrakı mərhələlərinə keçməsinə imkan verməməkdir.

Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev bildirib ki, vurulmuş ziyanın ödənilməsi, fiziki və hüquqi şəxslərin qanunla qorunan mənafelərinin müdafiəsi ölkəmizdə hüquq-mühafizə siyasətinin prioritet istiqamətlərindəndir. Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi istintaq olunan cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə müstəntiqlərin sorğuları əsasında cinayət aktivlərinin müəyyən olunması istiqamətində səmərəli iş aparır. Əmlakların aşkar olunması ilə bağlı vəzifələrin prokurorluğun ixtisaslaşmış idarəsi tərəfindən yerinə yetirilməsi bu sahədə işin effektivliyinin artırılmasına səbəb olub. Belə ki, cinayət işləri üzrə aşkar olunan aktivlərin sayı əhəmiyyətli dərəcədə artıb, eyni zamanda müstəntiqlər aktivlərin aşkar olunması kimi əlavə iş yükündən azad olduqları üçün digər prosessual vəzifələrini daha keyfiyyətlə yerinə yetirməyə başlayıblar. Qeyd edilib ki, görülən işlərlə yanaşı, prokurorluq orqanları tərəfindən aktivlərin bərpası sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq da həyata keçirilir. Təcrübədə uğurla sınaqdan keçmiş müsadirənin digər növlərinin milli qanunvericiliyə implementasiyası məqsədilə mütərəqqi beynəlxalq təcrübə öyrənilir.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev bildirib ki, cinayət prosesinin bütün mərhələlərində, xüsusilə ibtidai araşdırma zamanı sübutların qanuni əsaslarla əldə edilməsi və qiymətləndirilməsi tərəflərin hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, ibtidai araşdırma başa çatdıqdan sonra proses iştirakçılarının iş materialları ilə tanış olmaq hüququ təmin edilməli, bu zaman şahidlərin və əməliyyat tədbirlərində iştirak etmiş şəxslərin təhlükəsizliyi nəzərə alınmalıdır. Çıxışda qeyd edilib ki, cinayət prosesinin iştirakçılarına təqdim edilən materiallarda əməliyyat-axtarış fəaliyyətində iştirak etmiş şəxslərin şəxsiyyətinə dair məlumatların açıqlanması ciddi risklər yarada bilər.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov qeyd edib ki, penitensiar müəssisələrdə məhkumların və həbs edilmiş şəxslərin hüquq və imtiyazları genişləndirilir, saxlanma şəraiti, qida və tibbi təminat yaxşılaşdırılır. İdarəetmə və təşkilatçılıq sahəsində yeni innovativ texnologiyalar tətbiq edilir, beynəlxalq tələblərə uyğun müasirləşmə aparılır və digər ardıcıl tədbirlər həyata keçirilir. Eyni zamanda məhkumların və həbs edilmiş şəxslərin müşayiəti zamanı risklərin azaldılması, onların məhkəmə iclaslarında iştirakının operativ təmin edilməsi məqsədilə bütün istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində müasir tipli onlayn məhkəmə sistemi quraşdırılaraq istifadəyə verilib. Məhkumların islah prosesində iştirak etmək, habelə müstəqil monitorinqlər aparmaq məqsədilə beynəlxalq təşkilatların və yerli vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin penitensiar müəssisələrə baş çəkməsi üçün müvafiq şərait yaradılıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova çıxışında bildirib ki, cinayət təqibinin ilkin mərhələsində müdafiə hüququnun real təmin olunmaması ciddi problemlər yaradır. Onun sözlərinə görə, şəxslərin şahid qismində dindirilməsi zamanı müdafiəsiz sorğu-sual edilməsi və həmin izahatlardan sonradan sübut kimi istifadə olunması yolverilməzdir. Müdafiə hüququ formal statusdan deyil, faktiki vəziyyətdən irəli gəlməlidir. O, həmçinin vurğulayıb ki, həbs-qətimkan tədbirinin faktiki avtomatlaşdırılması, ağır və xüsusilə ağır cinayətlər üzrə alternativ qətimkan tədbirlərinin kifayət qədər tətbiq edilməməsi fərdiləşdirmə prinsipinə uyğun deyil. Bildirilib ki, müdafiə hüququnun effektiv təmin olunması cinayət mühakiməsinin ədalətliliyinin əsas şərtidir və bu sahədə institusional yanaşmanın gücləndirilməsi zəruridir.