HAKİMLƏR KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNA İANƏLƏR EDİBLƏR
24.03.2020Hüquq ictimaiyyəti koronavirusla mübarizə tədbirlərinə fəal dəstək göstərərək, Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr edir.
Məhkəmə-Hüquq Şurası, Hakim assosiasiyaları, apelyasiya və birinci instansiya məhkəmələrinin hakimləri də bu nəcib təşəbbüsə qoşulub, Koronavirusla Mübarizəyə Dəstək Fonduna əmək haqlarından 550 min manat məbləğində vəsaitin köçürülməsini qərara alıblar.
Hakimlər hər kəsin yüksək sosial məsuliyyət göstərməsinin, epidemiyanın qarşısının alınması üzrə həyata keçirilən tədbirlərə dəstək verməsinin vacibliyini bəyan ediblər.
Göstərilən platformalarda paylaş: