GÖYGÖL ŞƏHƏRİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLİB
26.10.2023
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 26-da Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Göygöl şəhərində vətəndaşları qəbul edib.
Qəbulda hər bir vətəndaş dinlənilib, məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərə baxılaraq qaldırılan bəzi məsələlərə yerindəcə izah verilib, digər müraciətlər üzrə Məhkəmə-Hüquq Şurası Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Səfər çərçivəsində İnam Kərimov yerli məhkəmə orqanlarının iş şəraiti ilə tanış olub, hakimlərlə görüş keçirib. Görüşdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar diqqətə çatdırılıb, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə-hüquq sisteminin yeni çağırışlara uyğun inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
Göstərilən platformalarda paylaş: