ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Gəncədə “Ailə və əmək mübahisələrində barışıq sazişlərinin keyfiyyətli məzmununun formalaşmasında məhkəmələrin rolu” adlı konfrans keçirilib

15.08.2022

Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası, Mediasiya Şurası və Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən Gəncə şəhərində məhkəmə sədrlərinin, hakimlərin və mediatorların iştirakı ilə “Ailə və əmək mübahisələrində barışıq sazişlərinin keyfiyyətli məzmununun formalaşmasında məhkəmələrin rolu” adlı konfrans təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd mediasiya təşkilatları və mediatorlar tərəfindən tərəflərin iştirakı ilə imzalanan barışıq sazişlərinin keyfiyyətli məzmununu müzakirə etmək və barışıq sazişlərinin qanunvericiliyin tələbləri çərçivəsində hazırlanması və imzalanmasını təşviq etmək olub.

Konfransda çıxış edən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinin müavini Rəşad Həsənli son zamanlar ölkəmizdə aparılan mütərəqqi məhkəmə hüquq islahatlarına diqqət çəkərək Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün istər Məhkəmə-Hüquq Şurası, istərsə də məhkəmə hakimlərinin üzərinə düşən vəzifələri layiqincə icra etdiklərini qeyd edib. Bildirilib ki, son dövrlər Ali Məhkəmə tərəfindən məhkəmə təcrübəsinin ümumiləşdirilməsi ilə bağlı çox ciddi tədbirlər görülür və qərarlar hər bir hakimin işini asanlaşdırmaqla yanaşı, ölkəmizdə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün də zəmin yaradır. Qeyd edilib ki, mediasiya prosesləri zamanı mediatorlar və mediasiya təşkilatları tərəfindən görülən işlər təqdirəlayiqdir və bu sahədə keyfiyyətin artırılması, eyni zamanda, qarşılıqlı əməkdaşlıq olduqca zəruridir.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov çıxış edərək qeyd edilən tədbirin təşkili sahəsində Məhkəmə-Hüquq Şurasının göstərdiyi dəstəyə görə dərin təşəkkürlərini bildirib və qeyd edib ki, Mediasiya Şurası yarandığı gündən bu günədək Məhkəmə-Hüquq Şurası ilə təşkil edilən bu tədbir mediatorlar və məhkəmələr arasında daha səmərəli əməkdaşlığın qurulması ilə yanaşı, hakimlərimiz tərəfindən mediatorlarımıza metodiki istiqamət üçün də çox faydalı olacaq.

Daha sonra çıxış edənlər - Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev, Gəncə Kommersiya Məhkəməsinin sədri Rəşad Məmmədov, Gəncə İnzibati Məhkəməsinin sədri Zəfər Quliyev, Mediasiya Şurasının İntizam Komissiyasının sədri Mayıl Əhməd, Gəncə 1 saylı mediasiya təşkilatının rəhbəri Südabə Məmmədova, çıxış edərək məhkəmələr və mediatorların sıx və səmərəli əməkdaşlığı üzrə fikirlərini bildiriblər. Qeyd edilib ki, mediatorlar, mediasiya təşkilatları tərəfindən, tərəflərin iştirakı ilə əldə edilən barışıq sazişləri məhkəmə-hüquq islahatları üçün çox böyük önəm daşıyır.

Konfrans öz işini müzakirələrlə davam etdirib.

VİDEO