ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİNİN SƏDRİ, SƏDRİNİN MÜAVİNİ VƏ HAKİMLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASI PREZİDENTİNİN SƏRƏNCAMI

01.07.2022

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini və 97-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq qərara alıram:

1. Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin.

2. Tural Şəmsi oğlu Qocayev Gəncə Şəhər Məhkəməsinin hakimi və sədrinin müavini təyin edilsin.

3. Mustafa Əli oğlu Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi təyin edilsin.

4. Aşağıdakı hakimlər Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin edilsinlər:

Hüseynov Kənan Zakir oğlu

Hüseynov Zaur Nazim oğlu

İmanov Zaman Şakir oğlu

Şirinov Gündüz Əhməd oğlu

Tağıyev Cavid Tahir oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2022-ci il