GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ HAKİMLƏRİNİN TƏYİN VƏ AZAD EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
21.05.20211. Səlahiyyət müddəti başa çatmış Salman Bilal oğlu Hüseynov “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun Keçid müddəalarının 7-ci hissəsinin dördüncü abzasına uyğun olaraq, Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.
2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Mirbahəddin Mirdamət oğlu Hüseynov vəzifəsi dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.
3. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Tapdıq Şükür oğlu Mahmudov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.
4. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova
Bakı şəhəri, 21 may 2021-ci il
Göstərilən platformalarda paylaş: