ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

FİKRƏT MƏMMƏDOV: ŞUŞA KONFRANSI MƏHKƏMƏ-HÜQUQ SİSTEMİMİZİN YENİ ÇAĞIRIŞLARA UYĞUN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ XİDMƏT EDƏCƏK

25.07.2022
FİKRƏT MƏMMƏDOV: ŞUŞA KONFRANSI MƏHKƏMƏ-HÜQUQ SİSTEMİMİZİN YENİ ÇAĞIRIŞLARA UYĞUN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ XİDMƏT EDƏCƏK
FİKRƏT MƏMMƏDOV: ŞUŞA KONFRANSI MƏHKƏMƏ-HÜQUQ SİSTEMİMİZİN YENİ ÇAĞIRIŞLARA UYĞUN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ XİDMƏT EDƏCƏK


Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza yaşatdığı Böyük Qələbənin sevincini bu gün azad edilmiş torpaqlarımızda, Qarabağımızın tacı qədim Şuşa şəhərində yaşamaqdan yüksək qürur hissləri keçiririk. Burada olmaq, Şuşamızı azad görmək bizlərə də nəsib oldu. Bu gün doğma torpaqlarımızda, o cümlədən Şuşamızda Prezidentin rəhbərliyi ilə aparılan misilsiz quruculuq işlərinin əyani şahidi olduq. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr çərçivəsində yenidən bərpa olunan qədim tarixi, mədəni və dini abidələrimizlə tanışlıq hər birimizdə xoş və unudulmaz təəssürat yaratdı.

Bu fikirləri regional apellyasiya məhkəmələrinin 15 illiyi münasibətilə Şuşada keçirilən konfransda Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.

“Bu gün Prezidentin elan etdiyi “Şuşa İli” çərçivəsində 270 illiyini qeyd etdiyimiz mədəniyyət paytaxtımızda məhkəmə-hüquq islahatlarına həsr olunan konfrans keçirilir. Məlum olduğu kimi, ulu öndər Heydər Əliyev tərəfindən aparılan islahatlar nəticəsində 2000-ci ildə yeni üçpilləli məhkəmə sistemi, o cümlədən apellyasiya instansiyası məhkəməsi yaradılıb və Prezidentin rəhbərliyi ilə ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması məqsədilə həmin məhkəmələr genişləndirilib. Bu gün regional apellyasiya məhkəmələrinin fəaliyyətə başlamasının 15 illiyini qeyd edirik”, – deyə ədliyyə naziri vurğulayıb.

Şuşa konfransında Prezidentin tapşırıqlarına uyğun olaraq qarşıda duran yeni, xüsusilə azad edilmiş ərazilərimizdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpası ilə bağlı vəzifələrin müzakirə edildiyini söyləyən nazir deyib: “Xüsusilə, dövlət başçısının yenicə təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn nazirliyin vəzifələrini, habelə məhkəmə işlərinin, xüsusilə kommersiya mübahisələrinin həllində müasir İKT-lərin tətbiqinin, mübahisələrin alternativ həlli vasitələrinin genişləndirilməsi, mediasiyanın təşviqi ilə bağlı görülməli tədbirləri müzakirə etdik. Hesab edirəm ki, bugünkü konfransımız məhkəmə-hüquq sistemimizin inkişafı ilə bağlı yeni çağırışlara uyğun təkmilləşdirilməsinə xidmət edəcək”.

AZƏRTAC